Logo

NAYORA Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib - FOTOLAR

27.02.2024 10:17 137 baxış
IMG

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Xocalı faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar tədbirlər keçirib.

NAYORA-dan "Tehsil.biz"ə verilən məlumata görə, qurumun təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər. Xocalıda amansızcasına qətlə yetirilmiş günahsız insanların ruhlarını dərin ehtiramla yad edərək, abidə önünə gül dəstələri düzüblər.

Bununla yanaşı, Gənclər Fondunun dəstəyi, NAYORA-nın və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Xocalı: Tarixi yaddaş” anım tədbiri də keçirilib.

Xəbər lenti