Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
Universitet əməkdaşları soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.