Logo

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vaksinasiya olunub

07.04.2021 13:26 407 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva koronavirusa qarşı peyvənd olunub.

 

Tehsil.biz-in xəbərinə görə, M.Vəliyeva özü bu barədə məlumat verib.

 

O, "#Vaksinasiya həm də təhsil məsələsidir

 

Təhsil işçilərinin “COVID-19” əleyhinə vaksinasiyaya daha aktiv qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyası keçirilir.

 

Koronavirus pandemiyası şəraitində normal iş mühitinin davam etdirilməsini istəyən və sağlamlıqlarına həssas yanaşan paytaxtın təhsil işçiləri də vaksinasiya prosesində fəal iştirak edirlər.

 

Hörmətli təhsil işçiləri, vaksin olunmağınıza dair şəxsi sosial hesabınız üzərindən qeyd edilən həştəqi əlavə etməklə foto və ya mətn paylaşaraq kampaniyada aktiv iştirak edə bilərsiniz.

 

Bu gün vaksinasiya həm də təhsil məsələsidir" -deyə bildirib.

Xəbər lenti