Logo

AMEA-nın Naxçıvan bölməsində Xocalı faciəsinə həsr olunan elmi konfrans keçirilib

26.02.2024 20:26 182 baxış
IMG

AMEA Naxçıvan Bölməsində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Xalqımızın qan yaddaşı: Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev əzəli Azərbaycan torpaqlarına köçürülən ermənilərin “ərazilərini” genişləndirmək məqsədilə xalqımıza qarşı törətdikləri kütləvi qırğınlardan, soyqırımlarından, etnik təmizləmə siyasətindən danışıb.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Xocalı soyqırımı”, dosent Ramiz Qasımov “Xocalı soyqırımı bədii ədəbiyyatda”, kiçik elmi işçi Səfər Əliyev “Xocalı soyqırımına gedən yol” mövzularında məruzələr ediblər. Məruzələrdə Qaradağlı və Xocalı faciələri ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, Xocalı şəhərinin mühüm strateji mövqeyi, blokada vəziyyətində olan şəhər əhalisinin vaxtında təxliyə edilməməsi, faciənin nəticələri və başqa mühüm məsələlər ətraflı şərh olunub.

Qeyd olunub ki, bu gün Xocalıda dalğalanan Azərbaycan bayrağı yurd-yuvasından didərgin düşmüş xocalılıların doğma yurda qayıdışının simvoludur.

Sonra konfrans iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti