Logo

Xocalı faciəsi tələbələrin gözü ilə... - FOTO

26.02.2024 19:45 147 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi tələbələrin gözü ilə” adlı sərgi açılıb.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Xocalı faciəsini əks etdirən 50 rəsm və plakat işi nümayiş olunub.

Universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov Xocalı soyqırımını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifəsi kimi xarakterizə edib. O, belə faciələrlə bağlı tarixi faktların gənc nəsillər tərəfindən unudulmamasını tövsiyə edib.

Qeyd edilib ki, erməni qəsbkarları 1992-ci il fevralın 26-da Xocalı şəhərinin dinc əhalisinə, xüsusən uşaqlara, qadınlara, qocalara qarşı soyqırımı törədiblər. Bunları əks etdirən foto və videokadrlar həmin hadisənin dəhşətini bir daha göz önünə gətirir. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər Xocalı soyqırımı qurbanlarının, eləcədə digər şəhidlərimizin qanını yerdə qoymadı.

Sərgidə bildirilib ki, bu dəhşətli faciədə baş verənlər müxtəlif kurslarda təhsil alan tələbələrin gözü ilə təqdim olunub. Rəsm və plakat işlərində Xocalı faciəsi qurbanlarının həyat hekayələri, taleyi və yaşadıqları karandaş və rəngli boya ilə ifadə edilib.

Xəbər lenti