Logo

MEK-də kitabxanaçılar üçün beşgünlük təlimlərə start verilib

26.02.2024 19:26 175 baxış
IMG

Kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün beşgünlük təlimlərə start verilib.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, təlimlərə AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, Şəki və Lənkəran Regional Elm mərkəzlərinin, AMEA nəzdində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutlarının, həmçinin Milli Azərbaycan Tarixi Muzeyi, Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunun kitabxanaçıları qatılıblar.

MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri, təlimçi Səyyarə Məmmədovanın verdiyi məlumata əsasən, treninqdə kitabxana sahəsinə dair vacib mövzular tədris olunacaq: “Tədris prosesi sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi kimi mövzuları əhatə edəcək”.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti