Logo

Kimyaçı alim “Wiley” nəşriyyatının jurnallarının rəyçi sertifikatları ilə təltif edilib

26.02.2024 17:44 219 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru professor Əfsun Sucayev məşhur “Wiley” nəşriyyatının “ChemistrySelect” və “Chemistry & Biodiversity” jurnallarının növbəti beynəlxalq rəyçi sertifikatları ilə təltif edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Əfsun Sucayev bu sertifikatlara indiyə qədər hər iki jurnaldan təqdim olunan əlyazmalara operativ və obyektiv rəy verməklə sözügedən jurnalların daxil olduğu “Web of Science” və “Scopus” bazalarında mövqelərinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

“Chemistry & Biodiversity” və “ChemistrySelect” kimya və tibb elmlərinin multidisiplinar tədqiqat sahələrini əhatə edən beynəlxalq səviyyəli tədqiqatların mühüm nəticələrindən bəhs edən məqalələrin dərc olunmasına üstünlük verirlər. Başqa sözlə, hər iki nəşr tədqiqat məqalələri, dəvət olunmuş rəylər və perspektivlər şəklində həm sahəyə, həm də fənlərarası töhfələri dərc edir. Kimyanın bütün sahələrini və ona bağlı sahələri əhatə edən resenziyalı elmi jurnallardır.

Bu dərgilər “Science Citation Index Expanded” və “Scopus”da indekslənir.

“Journal Citation Reports”a əsasən, “Chemistry & Biodiversity” və “ChemistrySelect”in impakt faktoru müvafiq olaraq 2.408 və 2.307-ə bərabərdir.

Xəbər lenti