Logo

GDU-da “TEKNOFEST-2024” ilə bağlı infosessiya keçirilib

26.02.2024 16:44 156 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) “TEKNOFEST-2024” festivalı ilə bağlı məlumatlandırıcı görüş keçirilib.

Universitetdən "Tehsil.biz"​​​​​​ə verilən məlumata görə, “Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse “TEKNOFEST-2024”lə bağlı geniş təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. Qalib olan komandalara pul mükafatı veriləcək.

Ahmet Köse festivalın əhəmiyyətindən söhbət açıb, yarışmanın tələbə və gənc tədqiqatçılar üçün mühüm fürsət olduğunu vurğulayaraq, gəncləri fəal olmağa səsləyib.

Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

Xəbər lenti