Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri, gənc alimləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Qeyd olunub ki, elmi ictimaiyyətin nümayəndələri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.