Logo

"İşğaldan azad edilmiş ərazilərdəki bütün mədəni irsimiz bərpa edilir"

26.02.2024 11:30 259 baxış
IMG

"İşğaldan azad edilmiş ərazilərdəki bütün mədəni irsimiz bərpa edilir".

Tehsil.biz xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.

“Şuşada və başqa ərazilərdə yeni məscidlər tikilir. Gələcəkdə bu məscidlərdən o bölgələrdə yaşayan azərbaycanlılar, dindarlar istifadə edəcəklər. Təkcə məscidlər deyil, eyni zamanda, kilsələr də təmir edilir. Allaha şükür, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni irsimiz bərpa edilir. Biz buna görə dövlətimizə təşəkkürümüzü bildiririk”, - deyə QMİ sədri qeyd edib.

Xəbər lenti