Logo

Komitə sədri 156 saylı məktəbdəki hadisəyə münasibət bildirib

26.02.2024 10:22 267 baxış
IMG

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 156 saylı orta məktəblə bağlı bullinq hadisəsinə və yayılan videoya münasibət bildirib.

"Tehsil.biz"in məlumatına görə, Dövlət Komitəsinin sədri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O qeyd edib ki, maarifləndirmə işləri davamlı aparılır:

“Təkcə komitə yox, digər aidiyyəti orqanlarla da əlaqələndirilmiş fəaliyyət vardır. Lakin bu hallardan heç kim sığortalanmayıb. Nə qədər iş görülsə də bu hallar baş verir. Hansısa mənfi hadisənin olması o demək deyil ki, iş görülməyib. Nə qədər insanlıq, cəmiyyət var, cinayət də törədilir. Əslində insan əleyhinə cinayətin ən böyüyü onun qətl edilməsi, yaşamaqdan məhrum olunması, daha geniş mənada soyqırımı cinayətləridir. Amma yenə də bu baş verir".

"Görülən işlərlə belə hadisələrin sayını azaltmaq, müəyyən qədər qarşısını almaq, insanları daha çox maarifləndirmək, məsuliyyətə çağırmaq mümkündür. O başqa məsələdir ki, insanlar məsuliyyətini necə dərk edirlər”, - komitə sədri əlavə edib.

Xəbər lenti