Logo

“Nizami Ganjavi-880” beynəlxalq şahmat turniri keçirilib

07.04.2021 12:55 327 baxış
IMG

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Ganjavi-880” beynəlxalq onlayn şahmat turnirinə yekun vurulub.

 

21 ölkədən 24 komandanın iştirakı ilə keçirilən yarışda 7-si beynəlxalq usta, 23-ü FIDE ustası, 16-sı ustalığa namizəd titullu şahmatçılar, o cümlədən 14-ü 2300 beynəlxalq reytinq əmsalından yuxarı olmaqla ümumilikdə 144 iştirakçı mübarizə aparıb. 

 

17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq rapid komanda yarışında  I yerə İran, II yerə  Türkiyə, III yerə Rusiya şahmatçıları layiq görülüb. Azərbaycan şahmatçıları IV yerdə qərarlaşıb. 

 

Yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, pul mükafatı təqdim olunacaq.

 

Qeyd edək ki, “Təhsil” Repsublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutan oyunlar “Tornelo” portalı üzərindən keçirilib, müxtəlif şahmat portalları tərəfindən canlı olaraq yayımlanıb. 

 

Yarışın internet səhifəsi: https://ganjavi880.tehsilchess.az/

Xəbər lenti