Logo

“Süni intellekt məni əvəz edəcəkmi?” adlı konfrans keçirilib - FOTO

25.02.2024 12:40 195 baxış
IMG

Fransız-Azərbaycan Universitetində (UFAZ) Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən həyata keçirilən “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində “Süni intellekt məni əvəz edəcəkmi?” adlı növbəti konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda spiker qismində ADA Universitetinin dosenti, süni intellekt üzrə ekspert Samir Rüstəmov, Neft-Kimya Prosesləri İnstitutunun elmi işçisi Emil Aydınsoy, 27 illik təcrübəyə sahib biznes təlimçi və kouç Lalə Əbdürrəhmanova, Karyera və məzunlarla iş mərkəzinin əməkdaşları, müəllimlər və 154 nəfər tələbə heyəti iştirak edib.

Müzakirə formatında keçən konfransda süni intellektin hansı iş sahələrində insan rollarını əvəz edə biləcəyi, cəmiyyətin süni intellektin işçi qüvvəsində geniş tətbiqinə necə hazırlaşa biləcəyi, emosional zəkanın insan münasibətlərində, iş həyatında oynadığı rol və təsirləri kimi mövzular üzrə spikerlər tərəfindən fikir mübadiləsi aparılıb.

Eyni zamanda, qeydiyyatdan keçən iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Xəbər lenti