Logo

“Tədris prosesində müşahidə və əks-əlaqənin rolu” mövzusunda vebinar keçiriləcək

25.02.2024 11:49 224 baxış
IMG

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 27 fevral tarixində saat 16:00-da “Tədris prosesində müşahidə və əks-əlaqənin rolu” mövzusunda növbəti vebinar baş tutacaq.

Bu barədə "Tehsil.biz"ə ARTİ-dən bildirilib.

Vebinarda spiker qismində ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Aynur Rüstəmova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti