Logo

Mətbuat Şurasının sədri Nurşən Quliyevi yubileyi münasibətilə təbrik edib

24.02.2024 19:52 182 baxış
IMG

Mətbuat Şurasının sədri Rəşad Məcid “APA Media Group”un baş redaktoru Nurşən Quliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.

"Tehsil.biz"in məlumatına görə, təbrikdə deyilir ki, Nurşən Quliyev təvazökarlığı, prinsipiallığı, daim peşə təəssübünü çəkməsi ilə jurnalistikaya dəyər qazandıran, bu keyfiyyətləri ilə dostları, yaxınları arasında yüksək hörmətə layiq jurnalistdir.

“Yubilyar həm də jurnalistikanı vətənpərvərliklə vəhdətdə tutmaq bacarığı ilə fərqlənir. Əlamətdar haldır ki, onun 50 illiyi Xankəndinin, sözün əsl mənasında, Azərbaycana çevrildiyi bir vaxta təsadüf edir. Elə bilirəm, bu, Nurşən Quliyevin həyatının əlamətdar gününə ən gözəl hədiyyədir. Arzu edirəm ki, dostları, həmkarları Nurşənin növbəti yubileylərini doğulub boya-başa çatdığı Xankəndidə, Malıbəylidə keçirsinlər. Dəyərli həmkarımıza möhkəm can sağlığı, bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayıram. Ürəkdən təbriklər!”, - təbrikdə deyilir.

Qeyd edək ki bu gün “APA Media Group”un baş redaktoru Nurşən Quliyevin 50 yaşı tamam olur.

Xəbər lenti