Logo

ADPU-nun filiallarında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib - FOTO

24.02.2024 18:39 168 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filiallarında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirlərdə Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağcabədi filialında “XX əsrin dəhşətli faciəsi – Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə filialın direktoru Mobil Məcidov, tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov çıxış ediblər. Çıxışlarda ermənilərin xalqımızın başına tarixən gətirdikləri faciələrdən, zaman-zaman torpaqlarımızı işğal etmələrindən danışılıb. Qeyd olunub ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb, torpaqlarımız işğaldan azad edilib. Həmçinin suverenliyimiz bərpa edilib.

ADPU-nun Quba filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) Quba-Xaçmaz regional nümayəndəliyinin təşkilatçılığı ilə “Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı - Xocalı faciəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Arif Nəbiyev, GİKM-in baş direktoru Azər Əliyev, Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Qaramanlı, filialın Humanitar elmlər kafedrasının müəllimi Təhminə Əliyeva çıxış ediblər, tələbələr ifasında Xocalı soyqırımına həsr edilən şeirlər səsləndiriblər.

Daha sonra “Xocalı nişanəsi” filmi nümayiş etdirilib.

Xəbər lenti