Logo

7 Aprel – Ümumdünya Sağlamlıq Günü

07.04.2021 12:33 69 baxış
IMG

Bu günün qeyd olunması Ümumdünya Səhiyyə Təşkilatının yaranması ilə bağlıdır. Belə ki, ÜST 1948-ci il aprelin 7-də yaradılıb, 194 ölkə təşkilata üzv qəbul edilib.

 

7 Aprel Ümumdünya Sağlamlıq Gününün qeyd olunması ənənəsi isə 1950-ci ildən başlayıb.

 

Bu gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkan sayılır.

 

İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. Son illər həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, ”Qida məhsullarının təhlükəsizliyi”, “Diabetə qalib gələk”, "Depressiya: gəlin danışaq" şüarları altında keçirilib.

 

2020-ci il tibb bacıları və mamaça xidməti işçilərinin Beynəlxalq ili elan edilib. Ona görə də bu il bütün dünyada keçirilən tədbirləri həyati bütün dünyada insanların sağlamlığın qorunmasında tibb bacıların və mamaçaların həyatı əhəmiyyətli roluna həsr olunmalıdır.

 

Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Ölüm və xəstəliklərin çoxluğu, ömrün uzunluğuna nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.

 

Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanı məhdud olanlara güzəştli şəraitin yaradılması, tütünçəkmə, alkoqollu içkilər və narkotik maddələrin zərəri, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir.

 

Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

Xəbər lenti