Logo

ADPU-da yazıçı Varisin “Qırmızı ləçəklər” romanı müzakirə olunub - FOTO

24.02.2024 17:41 227 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) məşhur yazıçı Varis Yolçuyevlə tələbələrin görüşü keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüş Gənclər Fondunun dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyi və ADPU Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə yazıçının Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan “Qırmızı ləçəklər” romanı müzakirə olunub.

Görüşdə Varis Yolçuyev müəllifi olduğu kitablar haqqında məlumat verib, öz uğur hekayəsini tələbələrlə bölüşüb. Daha sonra müəllif “Qırmızı ləçəklər” romanının süjet xəttindən, əsəri yazarkən keçirdiyi hisslərdən bəhs edib.

Tələbələri maraqlandıran sualları cavablandıran müəllif sonda kitablarını onlara hədiyyə edib.

Xəbər lenti