Logo

Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 860 şagird iştirak edib

24.02.2024 16:27 185 baxış
IMG

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə keçirilən olimpiadada ümumilikdə 860 şagird iştirak edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Qurumun əməkdaşı bildirib ki, respublika fənn olimpiadalarının yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Xəbər lenti