Logo

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırılıb - FOTO

24.02.2024 11:00 239 baxış
IMG

Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub.

CINEMO” Mobil Film Festivalının “Sosial çarx” nominasiyası üzrə birinci yerə Məmmədəli Əbilovun "Qismət", ikinci yerə Hikmət Gündüzlünün "Gəlincik", üçüncü yerə Azər Kazımovun "Mənim adım autizmdır" filmləri layiq görülüb.

“Sənədli film” nominasiyasında Taleh Urfansoyun "Alovla savaşanlar", Sabir Nurullayevin "Şərqiyyə", Emin Həsənovun "Daşların sirri" filmləri 1-3-cü yerləri bölüşüblər.

“Bədii film” nominasiyasında isə birinci yeri "44 ölçü" (Dilavər Əzimov), ikinci yeri "Bayram hədiyyəsi" (Şirin Əhmədov), üçüncü yeri "Bağlıdır-açıqdır" (Aydan Qafarova) filmləri tutub.

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı

Xəbər lenti