Logo

UNEC-in Zaqatala filialının tələbələri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər - FOTO

23.02.2024 22:56 205 baxış
IMG

Xocalı qətliamının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Şəki-Zaqatala regional nümayəndəliyinin Zaqatala bölməsinin və universitet filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruqiyyət Sultanova, GİKM-in regional nümayəndəliyinin Zaqatala bölməsinin əməkdaşı İlkin Həbilov, UNEC-in Zaqatala filialının dekanı Səfər Razıyev, faciənin şahidi Məhəmməd Ağalarov, Vətən müharibəsi qazisi Elxan Arasov çıxış edərək, insanlığa, bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib, faciənin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.

Bildirilib ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edilərək, tarixi ədalət bərpa olunub.

Sonda Xocalı faciəsinə həsr olunan film nümayiş etdirilib.

Xəbər lenti