Logo

Almaniyanın məşhur şirkətinin əməkdaşları AzTU-da seminar keçirib - FOTO

23.02.2024 22:24 395 baxış
IMG

Almaniyanın sənaye elektronikası üzrə məşhur “Rohde & Schwarz” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) telekommunikasiya sahəsində seminar keçib.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda şirkətin nümayəndələri tərəfindən müxtəlif sənaye sahələri, o cümlədən kompüter və telekommunikasiya şəbəkələri, peyk rabitəsi, ölçmə və sınaq sistemlərinə aid son yeniliklərlə bağlı məruzələr dinlənilib, şirkətin bu istiqamətlərdə innovativ həll yollarından bəhs edilib. Daha sonra “Rohde & Schwarz” nümayəndələri müəllim və tələbələri maraqlandıran sualları cavablandırıblar.

Seminarın sonunda AzTU-nun aidiyyəti kafedralarının professor-müəllim heyəti və şirkət nümayəndələri perspektiv birgə tədqiqat imkanlarını müzakirə ediblər.

Tədbirdə AzTU-nun professor-müəllim heyəti, tələbələr, telekommunikasiya və peyk rabitəsi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Xəbər lenti