Logo

FHN-in Tibb xidməti seminarlar keçirib - FOTO

23.02.2024 21:00 202 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib.

Tehsil.biz FHN-ə istinadən xəbər verir ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq təşkil edilib.

Seminarlar respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi məqsədilə keçirilib. Tədbirlərdə FHN-in strukturuna daxil olan qurumların və regional mərkəzlərin şəxsi heyətləri iştirak edib.

Seminarlarda Tibb xidmətinin nümayəndələri mövzuya dair çıxışlar edib, sualları ətraflı cavablandırıblar.

FHN-in Tibb xidməti seminarlar keçirib

FHN-in Tibb xidməti seminarlar keçirib

FHN-in Tibb xidməti seminarlar keçirib

FHN-in Tibb xidməti seminarlar keçirib

FHN-in Tibb xidməti seminarlar keçirib

Xəbər lenti