Logo

“MathCamp 2024” yaz düşərgəsinin növbəti mövsümünə start verilir

23.02.2024 19:00 223 baxış
IMG

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda “MathCamp 2024” yaz düşərgəsinin növbəti mövsümünə start verilir.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, tələbə düşərgəsində ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alan tələbələr, eləcə də qeyd edilən ixtisaslardan son 2 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.

Düşərgə Quba rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksində təşkil olunacaq.

Tələbələr martın 21-25-də baş tutacaq düşərgəyə martın 10-dək müraciət edə bilərlər.

Xəbər lenti