Logo

101 nömrəli məktəbin şagirdləri Pedaqoji Universitetdə ekskursiyada olublar - FOTO

23.02.2024 16:24 278 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris departamentinin nəzdində Məzun koordinasiya və karyera şöbəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Suraxanı rayonu Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri və müəllimləri ADPU-da ekskursiyada olublar.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, şagirdlər əvvəlcə Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərovanın rəhbərliyi ilə universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi və Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olublar.

Daha sonra Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Zemfira Abbasova şagirdləri fakültə ilə tanış edərək burada görülən işlər, ixtisaslar və müəllim heyəti haqqında ətraflı məlumat verib.

Sonra şagirdlər Soltan Hüseynoğlunun dərsində iştirak ediblər. Şagirdləri maraqlandıran sualları ətraflı cavablandıran qocaman müəllim onlara ana dilimizi qorumağı, inkişaf etdirməyi tövsiyə edib. Tələbələrlə görüş şagirdlərdə böyük təəssürat yaradıb.

Şagirdlər, həmçinin ekskursiya çərçivəsində universitetin böyük zalında tələbələrin məşq prosesini, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin tamaşasını izləyiblər.

Xəbər lenti