Logo

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II beynəlxalq elmi-praktik konfrans keçiriləcək

23.02.2024 15:08 327 baxış
IMG

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, konfransın regional bölməsi aprelin 19-da Bakı Dövlət Universiteti ilə birlikdə Qazax şəhərində təşkil olunacaq. Konfransın məqsədi inklüziv təhsilin təşkilində ali təhsil müəssisələrinin qarşısında duran məsələlər, məzmun və təlim texnologiyaları, səriştə əsaslı kadr hazırlığı istiqamətində yerli və beynəlxalq təcrübələrin öyrənilməsi və müzakirəsi platformasının yaradılmasıdır.

Konfrans “İnklüziv təhsil: məzmun və təlim məsələləri”, “İnklüziv təhsil beynəlxalq təcrübədə”, “Müasir cəmiyyətlərin inklüziv potensialı: təhsil və əmək bazarı” mövzularını əhatə edəcək.

Qeydiyyat və məqalə qəbulu: [email protected]

Əlaqə: +994 12 599-08-70 (318)

+994 50 200-13-30

Ətraflı məlumat üçün: htps://bsu-uni.edu.az/az/announce/36

Xəbər lenti