Logo

Məhəmməd Füzulinin 530 illik yubileyinə dair AMEA-nın tədbirlər planı təsdiq edilib

23.02.2024 11:16 219 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Məhəmməd Füzulinin 530 illik yubileyinə dair AMEA-nın tədbirlər planı müzakirəyə çıxarılıb və təsdiq edilib

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, Məhəmməd Füzulinin 530 illik yubileyinə dair AMEA-nın tədbirlər planı Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası ilə bağlı olaraq təsdiq edilib.

AMEA-nın tədbirlər planına əsasən, “Məhəmməd Füzuli və türk dünyası”, “Məhəmməd Füzuli və dünya ədəbiyyatı”, “Şərq poeziyasının Məhəmməd Füzuli zirvəsi”, “Məhəmməd Füzulinin dili”, “Məhəmməd Füzuli: sələflər və xələflər – Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri”, “Füzuli və Şərq folkloru”, “Füzuli dünyası Azərbaycan incəsənətində”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli: dövrü və mühiti”, “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli türk - müsəlman mədəniyyətinin dahi yetirməsi kimi”, “Məhəmməd Füzulinin irsi və müasirlik fəlsəfi kontekstdə”, “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” və s. mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi qərara alınıb.

Xəbər lenti