Logo

BMU-nun əməkdaşı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təltif olunub

22.02.2024 22:45 223 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova 2023-cü ildə beynəlxalq reytinqlərlə iş sahəsində səmərəli fəaliyyətinə görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Punktual işçi” nominasiyası üzrə təltif olunub.

Tehsil.biz xəbər verir ki, mükafat ali təhsil müəssisələrində beynəlxalq reytinqlər üzrə məsul şəxslər arasında şəbəkələşmə görüşündə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən təqdim olunub.

Görüş ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında komanda ruhunun formalaşdırılması və müvafiq sahədə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması məqsədi daşıyıb.

Xəbər lenti