Logo

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim təşkil edilib

22.02.2024 19:44 180 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 22 fevral 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat sektorunun aparıcı məsləhətçisi Cavid Cəərçiyev tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara dövlət qulluğuna dair qanunvericilikdə istifadə olunan əsas anlayışlar, dövlət orqanlarının kateqoriyaları və dövlət qulluğu vəzifələrinin təsnifatları, dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının mükafatlandırılması və intizam məsuliyyəti, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər barədə məlumat verilib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti