Logo

FHN əməkdaşları paramedik kurslara cəlb ediliblər - FOTO

22.02.2024 15:17 216 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti TƏBİB publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda keçirilən paramedik kurslara cəlb edilib.

Tehsil.biz xəbər verir ki, 9 gün davam edən kurslarda Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri üzrə yanğından mühafizə dəstə, hissə və bölmələrindən ümumilikdə 186 əməkdaş dinləyici qismində iştirak edib.

Tibb Xidmətinin ixtisaslaşmış həkimləri ilə yanaşı beynəlxalq dərəcəli təlimçi-həkimlər tərəfindən zərərçəkmişlərə zamanında səmərəli və daha keyfiyyətli ilk yardımın göstərilməsi məqsədilə “Ürək-ağciyər reanimasiyası”, “Qapalı ürək masajı”, “Süni tənəffüs”, “Qanaxmalar zamanı ilk yardım”, “Travmalar zamanı immobilizasiya” mövzularında yanğınsöndürənlərin bilik və bacarıqları təkmilləşdirilib.

Sonda kursu uğurla başa vurmuş əməkdaşlara müvafiq sertifikatlar təqdim edilib.

Xəbər lenti