Logo

İki rayon üzrə sertifikatlaşdırma ilə bağlı görüş keçirilib - FOTO

22.02.2024 10:56 257 baxış
IMG

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə Nizami və Nərimanov rayonları üzrə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə bildirilib ki, görüş paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilib.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin son dövrlər təhsil sahəsində aparılan genişmiqyaslı islahatların nəticəsi olduğunu, sertifikasiyanın müəllimlərin peşəkar inkişafına xidmət etdiyini qeyd edib. Sertifikasiya prosesinin təhsilin keyfiyyət göstəricilərinə təsirindən danışan A.Mustafazadə sertifikatlaşdırmadan keçən müəllimlərin daha üstün səriştə və bacarıq sərgilədiklərini vurğulayıb.

İnsan resursları sektorunun müdiri Aygün Bayramova sertifikatlaşdırmanın nəticələrinin müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb və imtahanın təşkili qaydaları ilə bağlı danışıb.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti