Logo

BSU-nun bir qrup tələbəsi Özbəkistanda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə - FOTO

22.02.2024 10:42 183 baxış
IMG

Fevralın 21-də Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Bakı Slavyan Universitetinin (BSU) Özbəkistanda istehsalat təcrübəsi keçən bir qrup tələbəsi- Zəhra Haqverdiyeva, Nərmin Məmmədova, Şəhla Muradzadə aktiv iştirak edərək ölkəmizi və BSU-nu uğurla təmsil ediblər.

Tədbirdə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Barno Abdullayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, universitetin Azərbaycan dili müəllimi Mətanət Xudiyeva çıxış ediblər. Çıxışlarda Azərbaycan dilinin müasir dövrdə türk dilləri arasında aparıcı dillərindən olduğu qeyd edilib, Özbəkistan ali məktəblərində Azərbaycan dilinin tədrisinin böyük tarixi hadisə olduğu vurğulanıb.

Tədbir bədii hissəsi ilə davam edib. Sonda universitetin ictimai həyatında fəallıq göstərmiş bir qrup tələbəyə fəxri diplomlar təqdim olunub.

Xatırladaq ki, BSU-nun bir qrup tələbəsi Özbəkistanda 1 aylıq müddətində təcrübə keçir. İstehsalat təcrübəsi BSU ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2023-cü ildə akademik heyət və tələbələr arasında mübadilə haqqında əldə edilmiş razılaşmasına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti