Logo

Xalq yazıçısının vida və dəfn yeri AÇIQLANDI

22.02.2024 10:23 216 baxış
IMG

Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasiminin yeri açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Oxu.Az-a ailəsindən bildirilib.

O qeyd edib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:

“Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vida mərasimi evdə olacaq”.

Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.

Həmçinin oxuyun: Mədəniyyət Nazirliyi Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yayıb

Xəbər lenti