Logo

Texnologiya Universiteti Rusiyada keçirilən ilk Avro-Asiya İT Forumunda iştirak edib - FOTO

22.02.2024 09:49 253 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti fevralın 21-22-də Rusiya Federasiyasında keçirilən ilk Avro-Asiya İT Forumunda iştirak edib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, "Rəqəmsal suverenlik uzunmüddətli beynəlxalq əməkdaşlığın əsası kimi" ilk Avro-Asiya İT forumunda ATU-nu rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov təmsil edib.

Yaşar Ömərov ikigünlük forum çərçivəsində "Rəqəmsal dövlət idarəçiliyi üzrə kadr hazırlığı" adlı panelin spikeri qismində çıxış edib.

Forum Moskva şəhərində Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə bir çox ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Xəbər lenti