Logo

Azərbaycanda tələbələr dəm qazından zəhərləniblər

22.02.2024 09:33 289 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri dəm qazından zəhərlənib.

"Tehsil.biz"in məlumatına görə, hadisə fevralın 21-dən 22-ə keçən gecə baş verib.

Beləki, 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimo kirayədə qaldıqları mənzildə dəm qazından zəhərləniblər.

Tələbələr Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəxanada onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri normal olduğu üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti