Logo

Diaspor könüllüləri Bakı Gənclər Mərkəzində olub - FOTO

21.02.2024 23:40 227 baxış
IMG

“Azərbaycan Diaspor Könüllüləri” könüllülük proqramının bir qrup iştirakçısının Bakı Gənclər Mərkəzinə tanışlıq turu təşkil edilib.

Tehsil.biz xəbər verir ki, könüllülərə mərkəzin imkanları, gənclərin intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkili, bacarıqlarının aşkar edilməsi, xarici dil və İKT biliklərinin artırılması və digər istiqamətlərdə fəaliyyəti barədə geniş məlumat verilib, görülən işlərə dair film nümayiş etdirilib. Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan könüllülər məşğələlərin, təlimlərin və oyunların gedişini izləyiblər.

Qeyd edək ki, “Azərbaycan Diaspor Könüllüləri” könüllülük proqramına Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildə start verilib. Diaspor könüllüləri diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, yerli və beynəlxalq layihələrdə, diaspor gənclərinin keçirdiyi tədbirlərdə və maarifləndirici aksiyalarda yaxından iştirak edirlər.

Xəbər lenti