Logo

Şagird buraxılış imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidir?

21.02.2024 20:57 242 baxış
IMG

Buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, məlumatlar məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil olunur.

Şagirdlər imtahana bir neçə gün qalmış buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər.

Mərcanə Əsədova

Xəbər lenti