Logo

Əqli Mülkiyyət Agentliyində Beynəlxalq Ana Dili Günü qeyd olunub - FOTO

21.02.2024 20:21 186 baxış
IMG

Fevralın 21-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, tədbiri Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli açaraq ana dilimizin qədimliyindən bəhs edib, gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyindən danışıb. Direktor, həmçinin 1995-ci ildə Azərbaycan dilinin ilk milli Konstitusiyamızda dövlət dili kimi qəbul edilməsi, 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı barədə danışıb.

Sonra çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu Azərbaycan dilinin zənginliyini, qrammatika sisteminin geniş struktura malik olduğunu qeyd edib. O, Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərindən və Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.

Tədbirdə Respublika Elmi-Texniki Kitabxanasının əməkdaşı Amaliya Qənbərova, Əqli Mülkiyyət Agentliyinin şöbə müdir müavini Elnur Məmmədli, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin əməkdaşı Şöhlət Abbasov Beynəlxalq Ana Dili gününün əhəmiyyətindən danışıblar.

Xəbər lenti