Logo

Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" adlı layihə olacaq

21.02.2024 19:57 205 baxış
IMG

Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" adlı yeni layihəsini həyata keçirəcək.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, Urban Mərkəzində baş tutacaq layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların platformasını yaratmaq, onların tanıdılmasını, üzə çıxarılmasını, əsərlərinin təbliğini təmin etməkdir.

Layihədə yazıçı, şair, rəssam, heykəltəraş, tətbiqi sənət ustaları, digər yaradıcı insanların iştirakı nəzərdə tutulur.

"Urbanda görüşərik" layihəsi çərçivəsində iştirakçıların sərgilərinin, habelə sərgi-yarmarkalarınin təşkili planlaşdırılır.

Xəbər lenti