Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə yazıçının oğlu Elay Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, atası bir müddət əvvəl insult keçiribmiş:
"İnsult keçirmişdi, 10 gün idi ki, komada idi. Təxminən yarım saat əvvəl dünyasını dəyişdi".