Logo

AzMİU-nun Elektron kitabxanası 5 illik fəaliyyəti ilə bağlı hesabat verib - FOTO

21.02.2024 17:40 158 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxanası 5 illik fəaliyyəti ilə bağlı hesabat verib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova çıxışında kitabxananın 5 il ərzində oxuculara göstərdiyi xidmətlər, ilk dəfə həyata keçirdiyi layihələr, ictimai-sosial tədbirlər, qazandığı uğurlar barədə hesabat təqdim edib.

Şöbə müdiri qeyd edib ki, kitabxanada artıq elektron kitabların sayı 10 minə çatdırılıb. Elektron kataloqun genişləndirilməsi ona müraciət edən oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan yaradıb. Pandemiya dövrü də daxil olmaqla şöbənin əməkdaşları müntəzəm olaraq oxuculara yüksək səviyyədə xidmət göstərib. Elektron kitabxana istifadəçilərinə https://library.azmiu.edu.az/index.php saytından düzgün istifadə, qeydiyyatdan keçmək, e-kitabların yüklənməsi barədə məlumat verilib. İstifadəçi sorğuları e-mail ünvanı və sosial şəbəkələr vasitəsilə mütəmadi cavablandırılıb.

Aytən Rəhmanova ötən 5 ildə kitabxananın işinə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə AzMİU-nun müvafiq şöbələri və kafedralarına, tələbə təşkilatlarına, fəal oxuculara təşəkkür edib.

Tədbirdə iştirak edən AzMİU-nun əməkdaşları və oxucular elektron kitabxananın 5 illik fəaliyyətini müsbət dəyərləndiriblər.

Xəbər lenti