Logo

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş futzal turniri başlayıb

21.02.2024 15:10 164 baxış
IMG

Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə start verilib.

Tehsil.biz xəbər verir ki, turnir Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Turnirdə Azərbaycan Tələbə Liqasında çıxış etməyən ali və orta ixtisas təhsili müəssisələrindən 19 komanda mübarizə aparacaq. Oyunlar 5 qrup üzrə Bakı, Gəncə və Şirvan şəhərlərində keçiriləcək.

Mart ayında yekun vurulacaq turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala olan marağının artırılması, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.
 

Xəbər lenti