Logo

AzMİU-da “Sağlamlığı təşviq edən proqram” mövzusunda maarifləndirici təlim keçirilib - FOTO

21.02.2024 14:11 177 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMiU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Sağlamlığı təşviq edən proqram” mövzusunda maarifləndirici təlim keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, BMT-nun Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində keçirilən tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, THİK-nın sədri Şahmar Rəfili, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnarə Makayeva və müdir müavini Zümrüd Kazımova mövzu ilə bağlı tələbələri məlumatlandırıblar. Onlar sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açıb, sağlamlığın qorunması istiqamətində vacib tövsiyələr veriblər.

Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti