Logo

Bu günə qədər neçə tələbə təhsil krediti alıb?

21.02.2024 13:08 165 baxış
IMG

Bu günə qədər təhsil tələbə krediti almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, indiyədək 38 min 693 tələbə kredit almaq üçün müraciət edib.

Onlardan 491 nəfərin müraciəti natamam olub, 761 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 8738 nəfərin müraciətinə imtina cavabı verilib, 350 nəfərin müraciəti isə banka yönləndirilib.

Bu günə qədər 28 min 353 nəfərə TTK verilib. Onların arasından 10 min 106 nəfərin müraciəti sosial TTK, 18 min 247 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti