Logo

BMU-da “ROHDE und SCHVVARZ” günü” adlı seminar keçiriləcək

21.02.2024 09:47 183 baxış
IMG

Fevral ayının 22-də saat 13:00-17:00 arasında Bakı Mühəndislik Universitetinin (BMU) yeni tədris korpusunun Akt zalında “ROHDE und SCHVVARZ” günü” adlı seminar keçiriləcək.

Tehsil.biz xəbər verir ki, “ROHDE und SCHVVARZ-radiotexnika sahəsində 90 illk innovasiyalar” devizi altında təşkil olunan seminar Almaniyanın məşhur transmilli şirkətinin yubileyinə və BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının yaranmasının 5 illiyinə həsr olunub.

Seminarda şirkətin Almaniyadan və Qazaxstandan dəvət olunmuş yüksəkixtisaslı ekspertlərinin auditoriyaya nəzarət-ölçmə avadanlıqları, elektromaqnit uyğunluğunun testdən keçirilməsi, eləcə də təhsil və televiziya sahələrindəki son yeniliklər və işləmələr haqqında məruzələri dinləniləcək.

Maraq göstərən hər kəsi seminara qatılmağa dəvət edirik.

Xəbər lenti