Logo

İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

20.02.2024 22:25 186 baxış
IMG

Amerikalı iş adamı və “X” sosial şəbəkəsinin sahibi İlon Mask 2024-cü il Nobel Sülh Mükafatına namizədlərdən biri olub.

Tehsil.biz Daily Mail-ə istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsinin məlumatlarına istinadən məlumat yayılıb.

Bu təklif Maskın bəşəriyyətin rifahına yönəlmiş texnologiyaların inkişafına verdiyi töhfəni qeyd edən norveçli deputat Marius Nilsen tərəfindən irəli sürülüb.

“Maskın təsis etdiyi, sahib olduğu və ya rəhbərlik etdiyi bir çox texnoloji şirkətlərin məqsədi cəmiyyəti təkmilləşdirmək, həm Yer, həm də kosmos haqqında bilikləri artırmaq, eyni zamanda bütün dünyada kommunikasiya və əlaqəni təmin etməkdir”, - Nilsen bildirib.

Qeyd olunur ki, milyarder dünyada dialoqu qətiyyətlə müdafiə etdiyinə, söz azadlığına və öz fikrini ifadə etmək bacarığına görə bu mükafata namizəd olub.

İlon Maskın nüfuzlu mükafat uğrunda mübarizədə rəqibləri arasında Kolumbiya Prezidenti Qustavo Petro, “WikiLeaks”in yaradıcısı Culian Assanj, həmçinin İsrail və Fələstindən olan insan haqları təşkilatlarının nümayəndələri var.

Xatırladaq ki, 2024-cü il mükafatının qalibi oktyabrın 11-də elan olunacaq.

Xəbər lenti