Fevralın 21-dən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 146-8 Çağrı mərkəzi istifadəyə verilir.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, Çağrı Mərkəzi həftənin iş günlərində (I-V) saat 09:00-dan 18:00-dək (fasilə: 13:00-14:00) fəaliyyət göstərəcək.
Qeyd olunub ki, xarici kvalifikasiyaların tanınması istiqamətində müraciət zamanı vətəndaşlar qarşılaşdığı texniki məsələlər ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin www.tkta.edu.az rəsmi internet ünvanına daxil olaraq mütəmadi verilən suallar bölməsindən müvafiq məlumat əldə edə bilərlər.