Logo

Professor-müəllim heyəti üçün Koreya Respublikasında “Fakültə təlimi” keçiriləcək

20.02.2024 16:19 209 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) və INHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) əsas komponentlərindən biri kimi professor-müəllim heyəti üçün Koreya (Cənubi) Respublikasında “Fakültə təlimi” keçiriləcək.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə elektronika mühəndisliyi ixtisası üzrə həm BMU-da, həm də Azərbaycanın digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti iştirak edə bilər.

Bu il iyulun 8-dən avqustun 16-dək keçiriləcək təlimin Koreyanın İnçon şəhərində təşkil olunması nəzərdə tutulur. Təlimin xərcləri (aviabilet, gündəlik ezamiyyə xərcləri: gecələmə və qidalanma, viza və tibbi sığorta) “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.

Təlimin əsas məqsədi BMU-INHA IDP çərçivəsində professor-müəllim heyəti üçün xüsusi təhsil proqramı həyata keçirmək, eyni zamanda, INHA Universitetinin təhsil təcrübəsini təlim iştirakçılarına çatdırmaqdır.

Təlimlə bağlı ətraflı məlumatı, tələb olunan şərtləri və əlaqə vasitələrini link vasitəsilə əldə etmək mümkündür.

Xəbər lenti