Logo

Növbəti GRE imtahanı keçiriləcək

20.02.2024 14:37 188 baxış
IMG

Təhsildə Qiymətləndirmə Xidmətinin kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı fevralın 22-də təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan verəcək edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanacaq.

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumat Mərkəzin saytında yerləşdirilib.

Xəbər lenti