Logo

Ukraynada baş verən hadisələrə görə bu ölkə üzrə diplomların tanınmasında müəyyən güzəştlər tətbiq edilib

20.02.2024 12:47 187 baxış
IMG

"Ukraynada baş verən hadisələr səbəbindən bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayında azalma müşahidə olunur".

Tehsil.biz xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, baş verən hadisələrə görə orada təhsil alan şəxslərin diplomlarının tanınmasında müəyyən güzəştlər tətbiq edilib:

“Lakin bundan sui-istifadə etmək olmaz. Əvvəlki dövrlərdə 10 mindən artıq tələbə təhsil alırdısa, hazırda bu rəqəm kifayət qədər aşağı düşüb, bu da başadüşüləndir”, - deyə Tural Əhmədov qeyd edib.

Xəbər lenti